Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa səfər zamanı sessiya çərçivəsində keçirilən tədbirlərdə iştirak ediblər.

Milli Məclisdən Ucnoqta.az-a verilən məlumata görə, aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova MDB Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib. Şurada təşkilatın 52-ci plenar iclasında müzakirəyə çıxarılacaq sənədlərə baxılıb, qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Aprelin 16-da Azərbaycan parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının 52-ci plenar iclasına qatılıb. İclasda Assambleya tərəfindən işlənib hazırlanmış sənədlər müzakirə olunub.
MDB PA-nın yaz sessiyası çərçivəsində qurumun daimi komissiyalarının iclasları da keçirilib.

Milli Məclisin deputatlarından Arzu Nağıyev Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiya ilə Müdafiə və təhlükəsizlik üzrə Daimi Komissiyanın iclaslarında, Emin Hacıyev Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyanın iclasında və COVID-19 pandemiyası qarşısında demokratiya məsələlərinə həsr olunmuş sessiyada, Rüfət Quliyev İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyanın iclasında iştirak ediblər. İclasda Milli Məclisin deputatı Rüfət Quliyev MDB PA-nın İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.

MDB Parlamentlərarası Assambleyasının terrorizmə və ekstremizmə qarşı mübarizəyə həsr olunmuş konfransın seksiyalarında Milli Məclisin deputatları Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə müzakirə olunan məsələlərə münasibət bildiriblər.

Burada keçirilən tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəsi – Baş katibin müavini Aydın Cəfərov iştirak ediblər.

Səfər aprelin 16-da başa çatıb.

Tarix
17 Aprel 2021 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-17 15:17:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin