Saatlı sakinindən odlu silah götürülüb

11:05 - 17 Aprel 2021 - HADİSƏ

Saatlı rayon sakinindən odlu silah götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb. Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Xəbər xətti