Axtarışda olan 28 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) aprelin 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Gün ərzində narkotiklə əlaqəli 18 fakt, silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib, cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Ötən gün ölkə ərazisində 2 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Tarix
16 Aprel 2021 [12:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-16 12:42:05
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin