Ərdoğan Rusiyanın “fırlanan çarxını” dayandırır - Jirinovskidən şok Açıqlama

Onu (Rəcəb Tayyib Ərdoğan – red.) sakitləşdirməyin vaxtı gəlib. Şərqin yalanını göstərmək üçün təcili olaraq “Çingiz xandan Ərdoğana” adlı broşürlar buraxmaq lazımdır.

Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski Ərdoğanın Krımla bağlı açıqlamasını şərh edərkən deyib.
“Bir əlində gül, kökə verirlər, digər əldə isə xəncər, əyri xəncər (tiyəsi əyri qılın tarixdə türk qılıncı kimi tanınır - red.)... Ərdoğan Liviya, Suriya, Azərbaycan və Ukraynada Rusiyanın “fırlanan çarxını” dayandırır. O, Ukrayna, Liviya və Qarabağda bizə mane olur”, - deyə Jirinovski bildirib.

Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.
Qeyd edək ki, burada Jirinovskinin Kremlin açıqlamasını “unutduğu” aydın görünür. Belə ki, rəsmi Moskva Ukrayna və Liviya münaqişəsi ilə əlaqəsinin olmadığını açıqlamışdı.

Üstəlik, Rusiya hökumətinin dünyanın dörd bir yanına silah satdığı və bundan dolayı minlərlə günahsız körpənin öldüyü heç kimə sirr deyil. Görünür, bunlar da irqçi partiya liderinin "yadına düşməyib".///axar.az

Tarix
15 Aprel 2021 [09:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-15 09:48:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin