Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən 4 marşrut üzrə avtobuslar hərəkət edir. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.

Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə "28 May" metrostansiyasının qarşısıdır.

 

Tarix
14 Aprel 2021 [16:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-14 16:40:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin