NATO Baş katibi Rusiyaya xəbərdarlıq edib

Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Y. Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçsini göndərdiyini, vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb.

O bildirib ki, son günlərdə Ukraynanın şərqində toqquşmalarda bir çox Ukrayna əsgəri həyatını itirib: “Rusiyanın Ukrayna ilə sərhədə hərbçilərini cəmləşdirməsi qanunsuzdur və dərin narahatlıq yaradır. Rusiya Ukrayna ətrafında hərbçilərini cəmləşdirməyə dərhal son qoymalı, təxribatları bitirməli və gərginliyi azaltmalıdır”.

Baş katib Rusiyaya beynəlxalq öhdəliklərinə əməl etməklə bağlı da çağırış edib: “NATO-nun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi sarsılmazdır. Rusiyanın Krımı qeyri-qanuni ilhaqını qəbul etməyəcəyik. NATO Ukraynanın yanında olmağa davam etməkdədir”.

Tarix
13 Aprel 2021 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 14:43:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin