ABŞ Hörmüz boğazının açılmasını gözləyir, bundan sonra isə İranla nüvə məsələsini müzakirə etməyə hazır olacaq.
Ucnoqta.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu The New York Times qəzetinə verdiyi müsahibədə bildirib.
"İranın nüvə proqramı problemini salfetka üzərində 72 saat ərzində həll edə bilməzsiniz. Boğaz dərhal açılmalı və sonra razılaşdırılmış parametrlərə uyğun olaraq zənginləşdirmə, yüksək dərəcədə zənginləşdirilmiş uran və heç vaxt nüvə silahına sahib olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq", - deyə o bildirib.