“Fantan” restoranının fəaliyyəti dayandırıldı - Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Ş.İ.Xətai 114 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Rövşən Qədim oğluna məxsus “Fantan” restoranında yoxlama keçirib.

Agentlikdən verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.

Həmçinin müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Tarix
13 Aprel 2021 [10:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 10:31:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin