“Xiaomi’nin yeni smartfonunda kütləvi problem aşkar edilib

Yeni nəsil “Redmi Note” smartfonunda ekranla bağlı problemlər aşkar edilib.

Bu barədə “Gizmochina” nəşri məlumat verib. “Redmi Note 10” smartfonlarının istifadəçiləri displeyin toxunuşlara reaksiya vermədiyini qeydə alıblar. Bir qrup istifadəçilərdə smartfon titrəməyə başlayıb və bu, xüsusilə qara rejimdə daha nəzərə çarpır.

​​​​​​​Hələlik smartfonun qəribə işi ilə bağlı şikayətlər əsasən Hindistandan daxil olur. Çin brendinin bu ölkədəki rəsmi nümayəndəsi ekranla bağlı tək-tük problemlərin olduğunu təsdiq edib. Ola bilsin ki ekranın işi ilə bağlı problemlər proqram təminatının yeniləmələrindən birində aradan qaldırılacaq.///“ICTnews”

Tarix
13 Aprel 2021 [00:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-13 00:26:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin