Göygöldə yol qəzasında 3 azyaşlı xəsarət alıb

11:28 - 12 Aprel 2021 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayon Mərkəzi Xəstəxanasının qarşısında “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan 2020-ci il təvəllüdlü Hüseynzadə Bahar Elnur qızı, 2019-cu il təvəllüdlü Hüseynzadə Uğur Seymur oğlu və daha bir azyaşlı müxtəlif bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti