Salyanda “Prado” aşıb - 5 nəfər xəsarət alıb

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü  Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü  Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü  Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü  Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Tarix
11 Aprel 2021 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-11 11:00:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin