Azərbaycanın tanınmış cərrahı vəfat edib

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatoloji və üz-çənə kafedrasının professoru, tibb üzrə elmlər doktoru Mahir Əliyev vəfat edib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Əliyev 1956-cı ildə anadan olub. 1963-1973-cü illərdə Bakıdakı 36 saylı orta məktəbdə oxuyub. 1972-1978-ci illərdə isə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. SSRİ Səhiyyə Nazirliyi Mərkəzi Tədqiqat Stomatologiya İnstitutunun (1982-1986) aspiranturasını bitirib.

Terapevtik Stomatologiya sahəsində 170-dən çox elmi nəşrin (o cümlədən, 3 dərslik, 10-dan çox dərs vəsaiti, 2 patent, 4 səmərələşdirici təklif) müəllifidir.

Allah rəhmət eləsin!

Tarix
10 Aprel 2021 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-10 10:13:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin