“KamAZ” marketə çarpılıb, yol kənarında dayanan şəxslər son anda qurtulub - VİDEO

İmişlidə qəza törədən “KamAZ”ın marketə çarpılması anı təhlükəsizlik kamerasına düşüb.

“Report”un məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda rayonun Qaradonlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı yük maşını dairəvi yola daxil olan zaman sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınmaq üçün avtomobili yolun hərəkət hissəsindən kənara çəkib. Lakin bu zaman sürücü idarəetməni itirib və “KamAZ” əvvəlcə yol kənarında dayanan minik avtomobilinə, sonra isə marketə çarpılıb.

Həmin vaxt yolun kənarında dayanan şəxslər son anda xilas ola biliblər. Bütün bunlar təhlükəsizlik kamerasına düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Tarix
8 Aprel 2021 [16:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 16:34:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin