Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Musa İsayev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib.

Faktla bağlı ŞBPİ- də Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
8 Aprel 2021 [10:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-04-08 10:50:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin