Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici qeydə alınıb

10:40 - 8 Aprel 2021 - DÜNYA

Hindistanda son sutkada 126 789 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, bu, Hindistanda COVID-19-a yoluxma ilə bağlı rekord göstərici sayılır.
Aprelin 7-də 115 736 nəfərə koronavirus diaqnozu qoyulmuşdu.
Ölkədə koronavirusa yoluxanların sayı 12 928 574 nəfərə çatıb.

Son sutkada virusdan 685 nəfər ölüb. COVID-19-un qurbanlarının ümumi sayı 166 82-yə yüksəlib. 11,8 miyondan çox pasiyent koronavirusdan sağalıb.

Xəbər xətti