Mbappe Çempionlar Liqası tarixində rekorda imza atdı
08:21 - 8 Aprel 2021 - İDMAN
UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Almaniyanın "Bavariya" komandası Fransa təmsilçisi "Pari Sen-Jermen"i qəbul edib.
“Report” xəbər verir ki, görüş Münhendə "Alyans Arena" stadionunda keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinos vurub. “Bavariya”nın heyətində Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.
UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.