“Ramazan bayramından sonra Şuşanı ziyarət etmək istəyirik” - Ərdoğan

16:34 - 31 Mart 2021 - SİYASƏT

“Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.

R. T. Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır: “Ramazan bayramından sonra Şuşanı ziyarət etməklə, Şuşada yeni bir bayram yaşamağı istəyirik”.

Xəbər xətti