Biləsuvarda torpağa basdırılmış narkotik və silah-sursat aşkarlanıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində odlu silah və 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Z.Ağayev Biləsuvar rayonu ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 6 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə onun yaşadığı evin həyətyanı bağ sahəsinə keçirilən baxış zamanı torpağa basıdırılmış plastik qabın içərisindən 2 kiloqram 89 qram narkotik vasitə heroin, 1 ədəd üzərində “VZOR 70” yazılmış tapança və 16 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tarix
31 Mart 2021 [09:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-31 09:30:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin