Ermənistan işğalçı dövlətdir. Ermənistan bununla yanaşı, həm də terorist dövlətdir.
Tarixin müxtəlif mərhələlərində ermənilər mifik "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi məqsədi ilə on minlərlə azərbaycanlını məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirmiş, yaşayış məntəqələrini dağıtmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. İşğaldan azad olunmuş ərazilərdəki görüntülər Ermənistan rəsmilərinin hansı xislətə və nə dərəcədə vəhşi bir düşüncəyə malik olduğunu göstərir.
Vandalizm siyasəti əsasında qurulmuş bir dövlət, əlbəttə, quruculuq deyil, dağıdıcılıq işləri ilə məşğul olacaqdır. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. İşğaldan sonrakı dövrlərdə çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi-mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Bu gün ərazilərin inkişafı üçün görülən işlər təqdirəlayiqdir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti və ordumuzun gücü ilə işğaldan azad olunmuş torpaqlarımızdakı infrastrukturun bərpası, eləcə də orada erməni vandalizmi nəticəsində dağıdılmış milli tarixi abidələrimizin, muzey və mədəniyyət ocaqlarımızın bərpası üçün həyata keçiriləcək layihələr və qoyulacaq investisiyalar Azərbaycanın, Azərbaycan mədəniyyətinin maddi və mənəvi irsinin beynəlxalq miqyasda tanınmasına yeni bir təkan verəcəkdir.
Bu, doğma torpaqlarından didərgin düşmüş insanların dinc və sabit şəraitdə yaşaması üçün dövlətimiz tərəfindən atılmış ən mühüm addımlardan biridir. Bununla yanaşı planlı şəkildə düşmənin 30 ilə yaxın müddətdə dədə-baba yurdlarımızda həyata keçirdiyi vandalizm siyasəti dünyaya məhs xarici dövlətlərin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, jurnalistlərin, reportyorların gözü ilə ilə çatdırılır.
Vəhşiliklərlə yerindəcə tanış edilir. Tarixin heç bir dönəmində bəşəriyyət bu miqyasda vəhşilik görməyib. İşğaldan azad edilmiş ərazilərimizi müşahidə etdikcə insanın damarında sanki qanı donur. Bəli insan hər şeyə qadirdir deyiblər. Bu isə insan əməli ola bilməz.
30 ilə yaxın müddətdə tarixi insan məskənlərini dağıtmaq, viranə qoymaq insan işi deyil. Bu vandallıqdır, bu barbarlıqdır, bu sadəcə vəhşilikdir. Sənin olmayanı, özünün qurmadığını, yaratmadığını sevməyə bilərsən, ancaq onu məhv etmək sənin haqqın deyil. Düşmənin cavab verəcəyi, dəymiş ziyanı ödəyəcəyi vaxt uzaqda deyil inanırıq.
Təsəllimiz torpağımızdır, təsəllimiz yurdumuzun bizi bağışlamasıdır, təsəllimiz, şəhidlərimizin qisasının alınmasıdır. Azərbaycan kimi qüdrətli dövlət üçün işğaldan azad edilmiş torpaqlarımızda yenidən cənnət yaratmaq problem olmayacaq. Artıq işlər planlı və gələcəyə hesablanmış qaydada ən yüksək templə həyata keçirilməkdədir.
Qürur duyuram Ölkəmlə, Prezidentimlə, Xalqımla!. Mən gənc bir müəllim kimi ölkəmizdə gedən bu quruculuq işlərini ürəkdən dəstəkləyirəm. İnanıram ki, yetişdirdiyimiz gənc nəslə Qarabağ torpaqlarında qurub-yaratmaq üçün böyük meydan açılmışdır.
Mən yetirmələrimlə birgə bu “meydanda” çalışmağa, yarışmağa, Azərbaycanımızın daha işıqlı gələcəyi naminə Dövlət başçımız cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək var qüvvəmlə çalışmağa hazıram.
Cəfərov Azər
Gənc müəllim, Neftçala rayon sakini.