Azərbaycanda şərab istehsalının artımı planlaşdırılır

09:38 - 19 Mart 2021 - İQTİSADİYYAT

2021-ci ildə Azərbaycanda şərab məhsullarının istehsalının artması gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

Onun sözlərinə görə, üzümlüklərin salınması, şərab istehsalı üzrə müəssisənin tikintisi və istismara verilməsi böyük investisiyalar tələb edir:

"Hazırda məhdudiyyət tədbirlərinin aradan qaldırılması, fəaliyyətin tam bərpa olunması ilə bağlı aydınlıq olmadığı üçün nə isə planlaşdırmaq çox çətindir. 2019-cu ilin səviyyəsinə çatmaq çətin olacaq, amma istənilən halda istehsal və satış həcmi 2020-ci ildən daha çox olacaq".

 

Assosiasiya sədri bildirib ki, Azərbaycan 2020-ci ildə şərab məhsulu isterhsalını 60 faiz azaldıb. Eyni zamanda, Ukrayna və Belarusa ixrac artıb:

"Bu il Assosiasiya İsrailə ixracı artırmağı planlaşdırır. 1 mart 2021-ci ildən Azərbaycan şərablarının Türkiyəyə ixracına rüsumların azalması və aradan qaldırılmasını nəzərdə tutan preferensial ticarət barədə qanun qüvvəyə minib. Bu, 2021-ci ildə bu ölkəyə ixracın əhəmiyyətli dərəcəd artmasına yol açacaq".

Xəbər xətti