Azərbaycan qazının Bolqarıstana nəql ediləcəyi vaxt açıqlanıb

19:45 - 16 Mart 2021 - İQTİSADİYYAT

Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) tikinti mərhələsindədir və bu layihənin 2021-ci ilin sonunda istismara verilməsi planlaşdırılır.

Trend bu barədə "Bulgartransgaz" şirkətinə istinadən məlumat verir.

Qeyd olunub ki, bu layihənin tikintisi Şaquli qaz dəhlizinin (Yunanıstan-Bolqarıstan-Rumıniya-Macarıstan) reallaşdırılması üçün strateji əhəmiyyət daşıyır:

 

"Şaquli qaz dəhlizi "Cənub Qaz Dəhlizi"nə çıxışı və Cənub-Şərqi, eləcə də Mərkəzi Avropaya və Ukraynaya mayeləşdirilmiş qaz tədarükünə çıxışı təmin edəcək. IGB-nin reallaşdırılması Bolqarıstanın alternativ qaz idxalı mənbə və marşrutlarına çıxış əldə etmək üçün infrastrukrturun təmin olunması siyasəti ilə əlaqədardır. Bu qaz kəmərinin tikintisi Yunanıstan və Bolqarıstana tədarükün azalacağı təqdirdə daha səmərəli reaksiya göstərmək imkanı yaradacaq. Pik həddə tələbatın qarşılanması üçün infrastrukrtur yaradılacaq".

Xəbər xətti