Azərbaycanda siqaret istehsalı kəskin artıb

15:20 - 16 Mart 2021 - İQTİSADİYYAT

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 334,7 mln. ədəd papiros və siqaretlər və 214 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2,4 dəfə artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 50% azalıb.

Qeyd edək ki, ölkədə yanvar ayında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 78,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.

Xəbər xətti