2021-ci ilin yanvar ayı üzrə qeyri-neft sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 1.028 milyon manat təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu rəqəmlər ötən ilin müvafiq dövrünə nisbətən 12,8% artıb:
"Qeyri-neft emal sənayesi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,0% artıb".