İsmayıllı rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri, eləcə də qoruyucu tibbi maskaların paylanması, yaş həddinə uyğun icazəsi olan sakinlərin vaksinasiyaya cəlb olunması, H5N8 və H5N5 serotipli quş qripinin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ucnoqta.az xəbər verir ki, bu gün keçirilən reydlərdə İsmayıllı şəhər ərazisində fəaliyyətinə icazə verilmiş ticarət və digər oyektlərdə, sakinlərin sıx toplaşdığı yerlərdə, eləcə də bazar ətrafında əhaliyə karantin qaydaları və 50 yaşdan yuxarı insanlara vaksinasiyaya cəlb olunma qaydaları izah olunub, maarifləndirmə işləri aparılıb, 500 ədəd tibbi masqa paylanılıb və eyni zamanda diri quşların pərakəndə satışı qadağan edilib. Reyd və aksiya rayonda yaradılmış mobil qruplar, Qida Təhlükəsizliyin, İsmayıllı DAİM-nin Baytarlıq şöbəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Bundan əlavə qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də qeyd olunan tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiya yaş həddi və müvafiq kateqoriyalar əsasında mərhələli çəkildə həyata keçirilir.
Sonda vətəndaşlarımıza bildirmək istəyirik ki, 1 ildir həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub yoluxmaların qarşısının alınması və vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.