COVID-19 əleyhinə peyvənd olunmayanlar Həcc ziyarəti edə bilməyəcək

Müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər.

“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının səhiyyə naziri Tofiq ər-Rəbiyə bildirib.

“Həcc ziyarətinə qatılmaq üçün əsas şərt yeni növ koronavirusa qarşı aşılanmaqdır”, - o deyib.

Qeyd edək ki, bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək.

Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.

Ötən ilin noyabr ayından etibarən Səudiyyə Ərəbistanı yaşı 50-dən yuxarı olmayan zəvvarları mənfi PZR testi nəticəsi ilə tədricən ümrə ziyarətinə buraxmağa başlayıb.

Tarix
2 Mart 2021 [15:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 15:22:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin