"Brent" markalı neft bahalaşıb
08:39 - 23 Fevral 2021 - İQTİSADİYYAT
"Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:33 (GMT+4) üçün 1,56 faiz bahalaşaraq 66,26 dollar/barel təşkil edib.
Trend-in məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 2020-ci il yanvarda 66 dollardan yüksək olub.
"WTI" markalı neftin eyni vaxt üçün aprel fyuçerslərinin qiyməti 61,49 dollar/barel təşkil edib.