2020-ci ilin iyunun 16-dan bu ilin fevralın 18-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 240,63 milyon manatdan çox kompensasiya ödənilib.
Ucnoqta.az Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, "AGBank" üzrə 4 666 əmanətçiyə 111,4 milyon manat, "NBCBank" üzrə isə 4 204 əmanətçiyə 129,22 milyon manat kompensasiya verilib.
Ötən ilin iyunun 1-dən bu ilin fevralın 18-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 382,66 milyon manatdan çox kompensasiya ödənilib.
Bu müddət üzrə "Amrahbank" 5 794 əmanətçiyə 139,7 milyon manat, "Atabank” ASC-də isə 9 755 əmanətçiyə 242,9 milyon manat kompensasiya ödənilib.