Bu ilin yanvar ayında Azərbaycanda 0,5 mln. manatlıq əczaçılıq məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən xəbərə görə, əczaçılıq məhsulları istehsalının həcmi 2020-ci ilin dekabr ayı ilə müqayisədə dəyişməz qalıb.
Əczaçılıq məhsullarına daxil olan tərkibində qarışıq və ya xalis məhsulları birləşdirən, digər qruplara daxil edilməyən, pərakəndə satış üçün qablaşdırılan 73,3 min manatlıq dərmanlar istehsal edilib ki, bu da ötən ili eyni ayı ilə müqayisədə 72,5% çoxdur.
Qeyd edək ki, ölkədə təkcə yanvarda 3,3 mln. ədəd tibbi maska istehsal olunub və fevralı 1-nə hazır maska ehtiyatı 2,4 mln. təşkil edib.