"Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək".
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
"Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq", - deyə o, qeyd edib.