Azərbaycan pikap istehsalına başlayır

13:50 - 15 Fevral 2021 - İQTİSADİYYAT

Bu ilin aprel ayından etibarən "Azərmaş" ASC "Khazar" brendi altında ilk pikap tipli avtomobilin istehsalına başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bunu "APA-Economics"ə ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
Onun sözlərinə görə, bu tipli avtomobillərin iki modelinin yığılması nəzərdə tutulur ki, hazırda modellərdən biri artıq təsdiqlənib.

Qeyd edək ki, müəssisənin istehsal prosesinə dair ötən il bir çox planlar olsa da, pandemiya səbəbindən onlar cari ilə təxirə salındı. Belə ki, bu il müəssisə "Khazar" brendi altında premium sinfinə aid modellərin istehsal həcminin artırmaq niyyətindədir.

Xatırladaq ki, müəssisə üzrə ötən il avtomobil istehsalının həcmi 2019-cu il ilə nisbətdə təxminən 10%-dək azalaraq 1 800 ədəddən bir qədər çox təşkil edib. 2019-cu ildə bu rəqəmin 2 000-ə yaxın olduğu bildirilirdi.

Xəbər xətti