Bitkoinin qiyməti növbəti dəfə rekord vurub

20:14 - 8 Fevral 2021 - İQTİSADİYYAT

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti növbəti dəfə rekord vurub.

Trend-in məlumatına görə, kriptovalyuta son sutka ərzində 11,8 faiz bahalaşaraq 43,8 min dollara çatıb.
Bu, bitkoinin yarandığı gündən ən yüksək qiymət olub.

Eyni zamanda, məlum olub ki, "Tesla" şirkəti bu günədək bitkoinə 1,5 milyard dollar məbləğində investisiya qoyub.

Xəbər xətti