"2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub".
Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.
Nazir bildirib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: "Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb".