CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 15-də 55,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 54,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,77 dollar/barel azdır.