Bitkoin bahalaşır

18:40 - 7 Yanvar 2021 - İQTİSADİYYAT

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin sürətlə bahalaşmaqda davam edir.

Trend-in məlumatına görə, ötən gün 36 min dollar ətrafında alınıb-satılan kriptovalyutanın qiyməti son saatlarda 38 min dollar həddini keçib.
Kriptovalyutanın alqı-satqı qiyməti 38,1 min dollaradək çatıb.

Qeyd edək ki, ötən həftəsonu bitkoinin qiyməti 30 min dollaradək azalsa da, yenidən bahalaşmaqda davam edib.
Qlobal kriptovalyuta bazarının 72 faizdən çoxu bitkoinin payına düşür.

Xəbər xətti