“2020-ci ildə dünya bazarında neft qiymətləri dəyişkənlik nümayiş etdirsədə, Azərbaycanın tədiyyə balansının tarazlığı qorunub”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
“Ölkənin valyuta ehtiyyatları sabit qalıb, hazırda 50 milyard ABŞ dolları səviyyəsindədir. İl ərzində neftin əhəmiyyətli ucuzlaşması valyuta bazarında təşviş yaratsa da, həyata keçirilmiş tədbirlər nəticəsində manatın məzənnəsinin sabitliyi təmin edilib”, - deyə o, qeyd edib. (“Report”)