Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışıb

18:58 - 12 Dekabr 2020 - SİYASƏT

Cari ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər xətti