Salyanda ər-arvad dəm qazından zəhərlənib- arvad ölüb

15:42 - 30 Noyabr 2020 - HADİSƏ

Salyanda iki nəfər dəm qazından zəhərlənib.

Salyan şəhər sakinləri, 56 yaşlı Babayev Qafar Aydın oğlu və onun həyat yoldaşı, 52 yaşlı Babayeva Fəridə Zəkulla qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Hadisə nəticəsində F.Babayeva ölüb, Q.Babayev isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdıma aparılır.///apa

Xəbər xətti