Ermənistan tərəfindən işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirilib.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun qarşısında bu məsələ qaldırılsa da, buna zəruri və adekvat reaksiya verilməyib:
“Yaxın Şərqdə olan erməni əsilli insanlar işğal altında olan torpaqlarımızda məskunlaşdırılıb”.
“Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən maddi-mədəni irsin, demoqrafik tərkibin dəyişdirilməsi, həmin ərazilərin qazanc məqsədi ilə istifadə edilməsi də qadağan edilmiş hallardır.
Bunların hər biri müharibə cinayəti kimi təsnif edilməlidir”, - deyə H.Hacıyev qeyd edib.///oxu.az