Güclü leysan 75 insanın ölümünə səbəb olub
13:07 - 16 Oktyabr 2020 - HADİSƏ
Hindistanın qərbində və cənub-şərqində yağan güclü leysan nəticəsində azı 75 nəfər həlak olub. Ucnoqta.az xəbər verir ki, bu barədə "Hindu" nəşri məlumat verib.
Qəzetin məlumatına əsasən, Solapur, Sanqli rayonlarında və Puna şəhərində güclü yağış səbəbindən bir bina çöküb və bir neçə evə də ciddi ziyan dəyib. Təbiət hadisəsi, elektrik enerjisinin verilməsində problemlər yaradıb, 100-dən çox kəndlə əlaqə kəsilib. Xilasedicilər 20 mindən çox insanı fəlakət zonasından təxliyə edib.
Ayrıca, 117 ildə ilk dəfə Telenqana ştatına da güclü leysan yağışları yağıb.
Bildirilir ki, ümumilikdə hadisə zamanı 75-dən çox insan dünyasını dəyişib.
Hazırda təbiətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Namiq Musayev