Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək

12:39 - 9 Oktyabr 2020 - SİYASƏT

Bu ilin 8 oktyabr tarixində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov bu ilin 9 oktyabr tarixində Moskvaya işgüzar səfər edəcək.

Xəbər xətti