Azərbaycan nefti bahalaşdı

13:47 - 6 Oktyabr 2020 - İQTİSADİYYAT

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 5-də 40,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,63 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,64 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,46 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,98 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel çoxdur.

Xəbər xətti