Rusiyada sərxoş kişi arvadını öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “112” “Telegram” kanalı məlumat yayıb. Belə ki. sentyabrın 1-də Moskva yaxınlığındakı Voskresensk yaşayış məntəqəsində sərxoş vəziyyətdə olan 53 yaşlı Nikolay ehtiyat qapıdan uşaq bağçasına daxil olub.
Bağçada tərbiyəçi işləyən arvadını tapıb və onu bıçaqlayaraq qətlə yetirib.
Bağça mühafizəçisinin çağırışı ilə gələn polis şübhəli şəxsi tutub.