Sabirabadda qadın elektrik naqilinin üzərinə yıxılıb öldü

11:41 - 1 Sentyabr 2020 - HADİSƏ

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə rayonun Yolçubəyli kəndində baş verib.

Kənd sakini Mehrəliyeva Güldərən Təvəkkül qızı yaşadığı evin həyətində su nasosunu qoşmaq istəyərkən sürüşərək nasosa gələn elektrik naqilinin üzərinə yıxılıb. Hadisə nəticəsində qadını cərəyan vurub öldürüb.

Faktla bağlı araşdırma aparılır.///trend

 

Xəbər xətti