Ağcabədidə bir-birinə bitişik 4 ev yandı

22:24 - 28 Avqust 2020 - HADİSƏ

Ağcabədi rayonunda bir-birinə bitişik 4 ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 kv/m sahədə, ümumi sahəsi 92 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 kv/m sahədə, ümumi sahəsi 83 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 kv/m sahədə, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb.

Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti