Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstanda baş vermiş qəza ilə əlaqədar başsağlığı verib.
Nazir bunu öz "Twitter" səhifəsində yazıb.
Başsağlığında deyilir:
"Gürcüstanın Duşeti bələdiyyəsində Şatili şosesində baş vermiş faciəvi yol qəzasında həlak olanların yaxınlarına başsağlığımı bildirirəm, xəsarət alanların qısa zamanda sağalmasını arzulayıram. Bizim dəstəyimiz və həmrəyliyimiz dost Gürcüstan xalqı ilədir".