Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub- 5 nəfər xəsarət alıb

14:08 - 23 Avqust 2020 - HADİSƏ

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yasamal adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2104” markalı minik avtomobili ilə TIR markalı yük maşını toqquşub.

Qəza nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti