Samir Şərifov: “Neftin 35 dollarlıq qiyməti özünü doğruldacaq”

18:28 - 4 Avqust 2020 - İQTİSADİYYAT

“Güman edirik ki, dövlət büdcəsindən neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından götürülməsi özünü doğruldacaq”. “Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib. “Bir neçə ay bündan öncə neft qiymətləri 12-13 dollara düşmüşdü. Etiraf etmək lazımdır ki, Azərbaycan nefti də ucuzlaşmışdı. Neftin qiyməti ilə bağlı məsələ daima müvafiq qurumlar arasında müzakirə olunur”, - deyə o, qeyd edib

Xəbər xətti