Azərbaycanda illik inflyasiya faizi açıqlandı

12:37 - 30 İyul 2020 - İQTİSADİYYAT

“Mərkəzi Bankın İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son toplantısından keçən dövrdə illik inflyasiya hədəf intervalından aşağıda qalıb”.

Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iyun ayında 0,3 faiz defilyasiya baş verib:

“İllik inflyasiya isə 3,3 faiz təşkil edib. Ərzaq qiymətləri ötən ay 1,5 faiz aşağı düşüb. Bu dövrdə qeyri-ərzaq məhsulları 0,1 faiz, xidmətlər isə 0,9 faiz bahalaşıb”.

E.Rüstəmov qeyd edib ki, real sektorun müəssisələri üzrə monitorinqin nəticələri inflyasiya gözləntilərinin azalmaqda davam etdiyini göstərir:
“Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5 faiz intervalında formalaşacaq”.///oxu.az

Xəbər xətti