İrəvan 3-cü ölkələri də münaqişəyə cəlb etmək istəyir?

00:10 - 18 İyul 2020 - SİYASƏT

İyulun 12-14-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdləri və açılmış artilleriya atəşi nəticəsində mülki şəxsin həlak olması ilə əlaqədar Bosniya və Herseqovinanın elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99" Müstəqil İntellektuallar Assosiasiyasının prezidenti Adil Kulenoviç tərəfindən assosiasiyanın adından Ermənistanın məlum təhrikedici əməllərini pisləyən press-reliz yayılıb.

 

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, yazıda Ermənistanın bu təxribatçı əməlinin Ermənistan rəhbərliyinin son zamanlar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin və bəyanatlarının davamı kimi nəzərdən keçirilməli olduğu bildirilir. Ermənistan beynəlxalq sərhəd boyu qəsdən bu silahlı təxribata əl atıb ki, üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etsin.

 

Klub üzvləri beynəlxalq ictimaiyyəti Ermənistanın hərbi təxribatına laqeydlik göstərməməyə, münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinin tapılması və vəziyyətin gərginləşdirilməməsi məqsədilə daha çox səy göstərməyə çağırıb və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Xəbər xətti