Kəmaləddin Heydərov və Rövnəq Abdullayev Xəzərdə qəza baş vermiş əraziyə gedib

12:39 - 16 Dekabr 2016 - Xəbər

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və SOCAR prezidenti Rövnəq Abdullayev Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması ilə əlaqədar hadisə yerindədirlər. FHN-in mətbiat xidmətindən verilən məlumata görə, hazırda onlar hadisə baş vermiş əraziyə baxış keçirərək itkin düşmüş neftçilərin axtarışında iştirak edən müvafiq qurumların rəhbərləri ilə operativ müzakirə keçirirlər.

 

Xəbər xətti